Çəki qaldırmadan ibarət idman hərəkətlərinin qadınların əhəmiyyətli şəkildə arıqlaması ilə nəticələnməsinin üç ilkin səbəbi var.

O Daima Kalori Yandırır

Əgər siz arıqlamaq istəyirsinizsə, qəbul etdiyinizdən çox kalori sərf etməlisiniz. Ağırlıq qaldırma hərəkətləri yağları əritməyin ən mükəmməl yolu hesab edilir, çünki onlar məşq zamanı və ondan sonra kalori yandırmaqda davam edir.

Səkkiz hərəkətdən ibarət adi ağırlıq qaldırma idmanı 200-dən çox kalori yandıra bilər. Üstəlik, araşdırma göstərir ki, yaxşı ağırlıq qaldırma rejimi məşqdən 24 saat sonra belə metabolizmi aktiv saxlaya bilər. Buna səbəb əzələlərin öz liflərini bərpa etməsi üçün enerjiyə ehtiyac duymasıdır və onu əldə etmək üçün kaloriləri sərf etməsidir.  52352

O Daha Çox Yağ Əritməyə Səbəb Olur

Ürək-damar sistemini cəlb edən idman növləri yalnız məşq etdiyiniz zaman kaloriləri yandırır. Bu o deməkdir ki, məşqi dayandıran zaman yağlar əriməyəcək. Ancaq, ağırlıq qaldırmadan ibarət olan idman zamanı və ondan sonra daha çox kalori sərf etmək olur. Ağırlıq qaldırma məşqi ilə ondan sonrakı hərəkətləri üst üstə gəlsək, idmanın nəticəsi ikiqat təsirli olur.

Görəsən Mən Ağırgövdəli Olmayacağamki?

Ağırlıq qaldırmadan ibarət idman növləri əzələ kütləsi və kişisayağı bədən quruluşu əmələ gətirdiyinə görə, bir çox qadınlar ondan uzaq durmağa çalışır. Ancaq kişilərin bədən quruluşu onların orqanizmində olan yüksək miqdarda testosteronun hesabına qadın bədən quruluşundan fərqlənir. Qadınlarda az miqdarda testosteron var.

Şərh yaz