Məktəblərdə, həyətlərdə azalan fiziki hərəkət ilə televizor, kompyuter, oyun qarşısında daha çox vaxt keçirmək imkanı hətta uşaqlarımızı da artıq çəkili əhalinin sayını artıracaq oturaq həyat tərzi vərdişinə yiyələndirir. Böyüklərə xas olan xəstəliklər indi uşaqlarda da əmələ gəlməyə başlayıb. Böyüklərin xəstəliyi hesab edilən başlanğıc şəkər xəstəliyinin adı ondan əziyyət çəkən uşaqların, hətta körpələrin hamısına yardım göstərmək üçün dəyişdirilmişdir.

Baxın görün özünüzə qarşı hansı yolla təxribat edirsiniz. Bir çoxumuz özümüzə qarşı təxribat etmək üçün çox unikal yollar tapırıq. Baxmayaraq ki, onlar qidaya aid olmasalar belə, çəkimizə dağıdıcı təsir göstərə bilirlər. Çox zaman belə təxribat bizim bilmədiyimiz vaxtı baş verir. Təxribat haqqında məlumatlı olmaq çox vacibdir, ancaq bu yalnız ilk addımdır. 52365326

Düzgün qidalı maddələri qəbul edin. Bu yalnız karbohidrat, yağ və proteinlərin düzgün miqdarı haqqında deyil. Həmin karbohidrat, yağ və proteinlərin tərkibindəki qidalı maddələrin düzgün balansı sizin asanlıqla çəki salıb salmamağınızda rol oynaya bilər və ya o sizin kiçik ölçülü paltarlar geymək üçün dözdüyünüz daha bir pəhriz ola bilər.

Çəki salmağa və onu əldə saxlamağa balanslı yanaşın. Bəli, nə yediyinizə baxmaq çox vacibdir. Bəli, əzələ kütləsini (əzələ, sümük, toxuma kütləsi) itirməmək üçün mütləq idman etmək lazımdır. Stresin səviyyəsini və onun nədən yarandığını axtarıb tapmaq da çox vacibdir. Biz hamımız qida qəbul etməliyik. Biz hamımız hərəkət etməliyik. Biz hamımız hətta bir az stres yaşamalıyıq. Ancaq hansı növ qida, hərəkət və stres və onların nə qədəri bizim üçün vacibdir. Hər birinin düzgün individual balansı və bir-birləri ilə balansı bizim istədiyimiz çəkiyə sahib olmaq və onu əldə saxlamaq baxımından çox vacib rol oynayır.

Şərh yaz