Sizə nə vaxtsa maraqlı olub “niyə qadınlar bir-birlərinə nifrət edir?”

Yeniyetmə qızlar soruşurlar niyə qızların məndən zəhləsi gedir?

Başqa qadınlara nifrət hissi bəsləyən qadınların şüurlarının ən dərin qatlarında onları tərk edən, pis davranan və ya emosional, psixoloji və ya fiziki şəkildə diqqət verməyən anaları, nənələri, xalaları və ya qadın baxıcıları ilə çözülməmiş münaqişələri var.  Qeyri-sabit xarakterə malik anaların böyütdüyü qızlar heç zaman digər qadınları sevməyi və inanmağı öyrənə bilmirlər.  Ancaq, yadda saxlayın ki, əgər qadın özü bu dərsi öyrənə bilməyibsə, onun üçün qız övladı böyütmək və hörmət etmək qarşısında duran çətin vəzifələrdən biri ola bilər.08973456

Cəmiyyət qadınları insanların bacarmadığı mükəmməllik ilyuziyasına can atmağa vadar edir. Və bu çətin emosional və sosial məqsəd əldə olunmayanda, biz başqa qadınlara və şüüraltı özümüzə nifrət etməyi və günahlandırmağı öyrənirik.

Qadınların “Mən qadınlara inanmıram! ” “Qadınlar saxtadır” deməsinə çox rast gəlinir.  Qadınlar bəyan edir ki, başqa qadınlar digər qadınların oğlan dostları və ərləri ilə yatan xain, ikiüzlü, arxadan zərbə vuranlardır.   Qadınlar başqa qadınlara nifrət etdikləri və onların rəqəbətcil, qısqanc və paxıl olduqlarına görə dostluq etmıdiklərinə görə lovğalanırlar.  Ancaq qadınlar bir şeyi anlamır ki, bütün qadınlar ümümi qadın enerjisi şüuru ilə sıx əlaqədədir … və ona görə də ürəklərinin lap dərinliyində özləri haqqında eyni mənfi fikirləri var.

Şərh yaz