Özünüzü kifayət qədər sevirsinizmi? Yoxsa daxilinizdəki tənqidçi həmişə üstün gəlir və sizi tənqid edir? O daxili tənqidçini necə məğlub etmək olar? Bunu öyrənmək üçün oxumağa davam edin!

Bu da bir neçə məsləhət:

  1. Mənfi fikirlərinizi və öz-özünüzlə söbhətlərinizi müsbət olanlarla dəyişin. Bunu müntəzəm edin. Misal üçün, işdə bir sənədi hazırlayan zaman bir səhv edirsiniz. Bu dünyanın sonu deyil. Daxili tənqidçinizə üstün gəlməyə izacə vermək əvəzinə, məsuliyyəti üzərinizə götürün və deyin “Onu düzəltmək və yenidən çap etmək üçün mənə cəmi 10 dəqiqə lazımdır. Mənim o qədər vaxtım var!”
  2. Özünüzü sevmək gərginləşdirici olmamalıdır. O yavaş-yavaş və əziyyətsiz əmələ gələ bilər. Məsələn, hər dəfə hər hansı bir məsuliyyətli işi uğurla başa çatdıran zaman bir şirni yeyin və etiraf edin ki, siz çox əla iş görmüsünüz və özünüzü mükafatlandırırsınız.098967856
  3. Özünüzdə olan yaxşı keyfiyyətlərinizi qeyd edin. Həmçinin özünüz bəyənmədiyiniz pis cəhətlərinizi də yazın. Bir neçə dəqiqə fikrinizi yaxşı keyfiyyətlərinizdə cəmləşdirin və çalışın özünüz haqqında yaxşı düşünəsiniz.  Buna özünü sevmək deyilir. Sonra bəyənmədiyiniz mənfi keyfiyyətlərinizə keçin.  Onları bir-bir öz sisteminizdən çıxararaq, sonda hamısını silib, tamamilə yaxşı keyfiyyətli bir şəxs formalaşdıra bilərsiniz.  Mənfi keyfiyyətə misal kimi dırnaqları yeməyi aid etmək olar.  Özünüzə deyin ki, bu mənfi keyfiyyəti yaxşı biri ilə məsələn dırnaqları kəsməklə və onları qısa və təmiz saxlamaqla hətta dırnaq boyası da çəkməklə əvəz edirsiniz. Bu mənfi keyfiyyəti yavaş-yavaş aradan qaldırmaq üçün əlinizi ağzınıza aparmayın. Bunu yavaş-yavaş edin.  Siz çalışsanız bacaracaqsınız və o zaman özünüzü mükafatlandırın və bunu yaxşı bir vərdiş kimi qoruyub saxlayın. Özünüzü buna görə sevin və düzəltmək istədiyiniz digər mənfi keyfiyyətinizə keçin. Beləcə özünü sevməklə birgə siz özünüzə hörmət və inamı formalaşdırırsınız.

Şərh yaz