Qələvi su və pəhrizin faydalı olub olması barədə insanlar arasında hal-hazırda mübahisə gedir. Yüzlərlə insan öz həyat tərzlərində real dəyişiklik olduğunu iddia edir, başqaları isə hər şeyin kələk olduğunu söyləyir. Bu məqalədə biz bu anlayışın bəzi nüansları haqqında danışmağa çalışacağıq.

Yeni başlayanlar üçün qeyd edək ki, qələvi pəhriz qida pəhrizlərinin bir növüdür və bu pəhrizə əsasən, orqanizmdən toksinləri xaric edən və xəstəlikləri uzaq saxlamağa imkan verən qələvi mənşəli qidalar və içkilər qəbul olunur. Düzünü desək, bu pəhrizin və 9.5pH qələvi suyun faydalı xüsusiyyətlərini ona riayət edənlər qeyd edir və hələ ki, bu pəhrizlə bağlı araşdırma və təcrübələr aparılmayıb. Ancaq, bununla belə, bu pəhrizə riayət edən bir çox insanlar və məşhur ulduzlar onun faydalı olmasına inanır. 4565445

Xeyirli cəhətlərinə gəldikdə isə, onları qeyd etməsək olmaz. İlk öncə, qələvi suyun orqanizmdə toksinləri neytrallaşdırdığı və beləliklə immun sistemini gücləndirdiyi deyilir. Qeyri-ənənəvi təbabətlə məşğul olan terapevtlər inanır ki, yüksək pH səviyyəsi bir çox sağlamlıq problemlərindən uzaq durmağa yardım edir. Bəziləri isə bu pəhrizə riayət etməklə xərçəng xəstəliyinin qarşısını alır, çünki xərçəng hüceyrələri qələvi mühitdə yaşaya bilmir. Bu pəhriz konsepsiyası ətrafında əldə olan araşdırma və informasiya nə qədər məhdud olsa da, onların çoxu müsbətdir. Digər faydalı cəhətləri orqanizmi su ilə yaxşı təmin etməsi və yüksək enerji bəxş etməsidir.

Şərh yaz