Bəzi kişilər qadınların eyni anda bir neçə iş görməsinə təəccüblənir. Qadınların filmə baxaraq yemək bişirməsi və ya ev təmizləməsi, evi süpürüb silməsi, dırnaqlarını qaydaya salması və ya belə işlərdən bir və ya ikisini eyni anda icra etməsi hətta belə görünür ki, bəzi kişiləri qıcıqlandırır.   Sadə dillə desək, qadınlar çox işlərin öhdəsindən yaxşı gəlirlər.  Sanki onlar bunun üçün hazırlıq keçiblər. Onlar eyni vaxtda bir çox işləri görə bilirlər və həmin işlərin çox əziyyət çəkmədən öhdəsindən gəlməyi bacarırlar.

Qadınların çətin vəzifə dolu həyatları var. Xüsusilə indiki karyeranın əhəmiyyətli olduğu bir dövrdə qadınlar həmişəkindən daha artıq işlərlə baş başbaşa qalıblar.  Onlar həm şəxsi karyeralarının qayğısına qalmalı, həm də səhnə arxasında işləməyi davam etdirməlidirlər. Onlar tək və ya evli olmalarından asılı olmayaraq, ailələrinin qayğısına qalırlar. Qadınlar kişilərin keçmişə bir və ya iki günlük qayıtsalar belə heç diqqətlərini çəkdiyi və çəkmədiyi saysız şeyləri edə bilirlər. Onlar bişirməyə, təmizləməyə, yumağa… davam edirlər və hər şeyi qaydasında saxlayırlar, süfrəni yığışdırmaq kimi xırda işlər görülsə belə hesaba alınmır.35275

Bu gün mən ətrafa baxıram və zamanın nə qədər dəyişdiyini görürəm. Ailənin ölçüsü çox kiçilib, amma indi çox qadınların məsuliyyət tələb edən karyeraları var.  İnanın ki, qadının evə qayıtması və hər şeyi qaydasında görməsi luks həyat deməkdir. Bir çoxlarımız nə vaxtsa evə qayıdıb hər şeyin qaydasında olduğunu və öz işimizlə məşğul olduğumuz zamanı heç xatırlamırıq.  Çünki baxmağa məcbur olduğumuz ailələrimiz var.  Yerinə qoyulası çox şeylər olur. Və bu işləri hamımız necə iş günü (sakit, uzun və ya ağır) keçirməyimizdən asılı olmayaraq hər gün etdiyimiz işlərdir.

Şərh yaz