Toz, isti, hər gün makiyaj və yatağa yuyunmadan getmək ölü, solğun dəriyə gətirib çıxarır. Nəmliyi, təravəti və gözəlliyi qaytarmaq üçün üz dərisi proseduralarına getməlisiniz, ancaq vaxtınız yoxdur! Burada sizin büdcənizə uyğun çıxış yolu və ev şəraitində qısa müddət ərzində icra edə biləcəyiniz üz qulluğu üçün məsləhlərimiz var:

  1. Üzünüzü yumşaq sabunla və isti su ilə yuyun.
  2. Dərin təmizləyici kremlə cildinizi masaj edin.
  3. Kremi qızılgül suyuna və ya bitki tərkibli təmizləyici ilə isladılmış pambıq diskin köməyilə təmizləyin.
  4. Dərindən təmizlənmiş və nəmli dərinizi boyununuzdan başlayaraq 10 dəqiqə masaj edin.
  5. Masajdan sonra, dərinizi 5-7 dəqiqə buğa verin.
  6. Ölmüş və qabar dəri hüceyrələrindən azad olmaq üçün, qabıqları aradan qaldıran skrab çəkin və sonra yuyun. Bu da qara nöqtələri təmizləyəcək və dərini təmiz və parlaq edəcək.
  7. Nanəcövhərli və ya kamfora tərkibli dərini dartan və sakitləşdirən maska çəkin. 15 dəqiqədən sonra yuyun.
  8. Son addımda isə cildinizi nəmləndirmək üçün yüngül krem çəkin.752525765

Gözəl və Yumşaq Əllər

Əllər daimə göz önündədir. Söhbət zamanı onlar daima nümayiş olunur. Baxımsız əllər vaxtından əvvəl qabarır və qırışır. Pis baxılan əllər qırıq və çirkli dırnaqlarla ilk baxışda hər kəsin şəxsiyyətinə ziyan gətirə bilər.

Qab yuma, yemək bişirmə və ev təmizləmə kimi adi ev işləri əlləri qurudur, qabarlaşdırır və çirkləndirir.  Əlləri cəlbedici etmək üçün bir neçə manikür məsləhətlərimiz var. İsti su ilə dolu olan bir kasaya bir neçə damcı maye sabun, limon şirəsi və badam yağı əlavə edin. Əvvəlcə dırnaq boyasını təmizləyin və əllərinizi isti su ilə yuyun.  Sonra dırnaqlarınızı formaya salın, dırnaq əti üçün krem və ya vazelin çəkin.  Əllərinizi isti su, limon şirəsi, badam yağı və sabun olan kasaya salın. 10 dəqiqədən sonra dırnaqlarınızı fırça ilə sürtün, əllərinizi qurulayın və ehtiyatla pambıq dolanmış çubuq vasitəsilə dırnaq ətini arxaya çəkin. Sonda əllərinizi nəmləndirin və dırnaq boyası çəkin.

Şərh yaz