Bu məqalədə plastik əməliyyat haqqında məlumat yoxdur. Biz təbii vasitələrlə sinəni gözəlləşdirmək haqqında danışacağıq.

Uzun illər qabaqdan məlumdur ki, sinənin ölçüsü o qədər də vacib deyil. Sinələrini böyütmək istəyən xanmların sayı, onları kiçiltmək istəyənlərin sayı ilə eynidir. Bu saçlarda olduğu kimidir. Qıvrım saç qızlar daima saçlarını düzləşdirmək, düz saçlılar isə dalğalı etdirməyə çalışırlar. Ən əsası sinənin yaxşı forması, qəşəng və elastik dərisidir. Fiziki hərəkətlər, müxtəlif maskalar, kremlər və s. istifadə edən zaman buna nail olmaq olar. 3435

Fiziki hərəkətlər süd vəzisini böyüdə bilməz. Amma onlar süd vəzisinin arxasında yerləşən əzələləri yaxşıca məşq etdirə bilər. Həmin əzələlərin inkişafı hesabına, döşlər dikəlir və daha yaxşı formaya sahib olur. Belə fiziki hərəkətlər haqqında daha ətraflı məlumat almaq üçün fitness veb səhifələrinə baş vura bilərsiniz. Bu məqalədə isə istənilən qadının edə biləcəyi sadə hərəkətləri paylaşacağıq.

  • Düz dayanın, ayaqları kürək enində saxlayın. Ayaq barmaqlarınızın yarısına qədər dikəlin və sanki səmadan ulduz götürürsünüz kimi sağ qolunuzu yuxarı qaldırın. Guya götürdüyünüz ulduzu yumruğunuzun içində gizlədin və qolunuzu aşağı salın. Bu hərəkəti digər qolunuzla da edin. Ən azı 20 ulduz götürməlisiniz;
  • Hantellər və ya qalın kitablar götürün. Qollarınızı düz şəkildə çiyin səviyyəsinə qaldırın. Sonra onları yana və arxaya aparın. Bunu 10 dəfə təkrar edin;
  • Əllərinizi sanki dua edirsiniz kimi bir birinə birləşdirin. Dirsəklərinizi qollarınızla düzgün bucaq altında saxlayın. Nəfəsi alıb verəndə nə qədər bacarırsınızsa möhkəm şəkildə beyninizdə səkkizə kimi sayın və qollarınızı bir-birinə sıxın. Bu hərəkəti ən azı üç dəfə təkrar edin.

Hətta əgər bu sadə hərəkətləri müntəzəm etsəniz, bir neçə həftə ərzində bədən quruluşunuzda dəyiiklik hiss edəcəksiniz. 23475

İndi gəlin krem haqqında danışaq. Xüsusi krem ala bilərsiniz və ya adi üz kremi istifadə edə bilərsiniz. Ancaq, mən xüsusi yağ düzəltməyi məsləhət görürəm. Onu hazırlamaq üçün sizə lazımdır:

Yağları bir-birinə qatın və alınan qarışığı sərin qaranlıq yerdə saxlayın. Onu döşlərin giləsini çıxmaq şərtilə digər hissələrinə çəkin. Səhərlər kosmetik buzdan istifadə edərək, masaj da edə bilərsiniz. Bu prosedurun daha bir bonusu odur ki, ətirşah və ilanq-ilanq həm də afrodiziakdır (cinsi həvəsi oyadan məhsullar).

Şərh yaz