Varlığından xəbərsiz olduğunuz daxilinizdəki bir hissəni aşkara çıxarsaydınız nə baş verərdi? Əgər canınızın həmin hissəsini üzə çıxarmaq imkanınız olsaydı, bilmək istərdinizmi özünüzü necə hiss edərdiniz… ola bilsin daha canlı və əsl özünüz kimi?

Biz çox zaman “özünə qayıdış” konsepsiyası haqqında danışırıq.  Bizim hansısa bir hissəmiz xəbərimiz belə olmadan itə və dəfn edilə bilər. Sosial təsirlər, ailədaxili inanc mirası, uşaqlıq ismarıcları və şəxsi travmalar hamısı birgə bizim kim olduğumuzu formalaşdırır və bizi öz həqiqi ruhumuzdan və daxili kimliyimizdən uzaqlaşdırır.5342

Seksuallıq kimi bir hissəmiz isə ən çox mənfi təsirlərə məruz qalıb və sıxılıb. Bütün mədəniyyətlər və nəsillər seksuallığı hər zaman geniş şəkildə pisləyib və qadınlar xüsusilə bu məzəmmətin yükünü daşıyırlar.

Başqa sözlə desək, qadınlar öz təbii qadınlıq mahiyyətləri bahasına bu patriarx cəmiyyətə uyğunlaşmaq üçün daha çox kişisayağı hərəkət etməlidirlər.  Hətta bir çox qadınlar onlara başqa yolu göstərənə qədər məsələnin dərinliyini anlamır.

Şərh yaz