Yəqin ki, siz bədəndə yağları əritmək üçün yüzlərlə məsləhət eşitmisiniz. Əgər siz artıq yağlardan və çəkidən azad olmaq istəyirsinizsə, özünüz üçün yağları əritmə planı cızmalısınız. Planda ilk addımlarınız yağlardan azad olmaq pəhrizinin tərtib olunmasıdır. Bizim sizə artıq yağlardan azad olmaq üçün bir neçə dəyərli məsləhətimiz var.

Tərkibində sağlam yağ və protein balansı olan pəhrizə əməl edin. Hansı qidalar yağların əriməsinə səbəb olur? Belə qidalara yağsız proteinlə zəngin qidalar – yağsız mal əti, toyuq və paxlalılar, o cümlədən avokado, qoz-fındıq və balıq kimi lazımi qədər sağlam yağlarla zəngin qidalar daxildir. Bədəninizdəki artıq yağlardan sağlam şəkildə, emal olunmamış və hormonsuz yağ və proteinlərlə qidalanaraq azad olun. 322222

Çoxlu miqdarda su için. Çox su içmək metabolizmı aktivləşdirir və nəticədə insan arıqlayır. Məqsədiniz gündə təxminən 2 litr su içmək olmalıdır. Əgər aktiv həyat tərzinə maliksinizsə, su qəbulunu artırın. Əgər qazlı, alkoqollu içkilər və kofe içmək kimi vərdişləriniz varsa, onların əvəzinə də su içməlisiniz. Səhər yataqdan duran kimi, səhər yeməyi qəbul etməzdən əvvəl su için.

Səhər yeməyini qəbul etməyi unutmayın. Günə sağlam səhər yeməyi ilə başlayın. İlk qəbul etdiyiniz qida gün boyu sağlam qidalanmanın təməlini qoyacaq. Səhər yeməyini yeməmək həmin günü sağlam qidalarla qidalanmaq həvəsinizi itirməyə səbəb ola bilər. Səhər yeməyiniz üçün bol miqdarda proteinlə və liflə zəngin yeməklər hazırlayın.

Şərh yaz