Bir çox insanlar düşünür ki, süni şirinləşdiricilərin tərkibində şəkər olmadığına görə, onlar insanı kökəldə bilməz. Ancaq, araşdırmalar göstərir ki, əslində aspartam kimi süni şirinləşdiricilər insana daha çox aclıq hissi gətirir, karbohidrat qəbul etmək həvəsini oyadır və nəticə etibarı ilə kökəlməyə səbəb olur.
Braziliyalı alimlərin siçovullar üzərində apardıqları xüsusi təcrübənin təəccübləndirici nəticələrindən biri budur.
Saxarin və aspartam kimi süni şirinləşdiricilərin adi şəkərdən qat qat çox çəki toplamağa səbəb olduğu aşkar olunub.
Bəziləri deyir ki, aspartam zərərsizdir, çünki metanol meyvə və tərəvəzlərin də tərkibində var. Lakin, bu belə məsələlərə həddən artıq sadə baxışdır. Meyvə və tərəvəzlərdəki metanol ona bağırsaqlardan rahat keçməyə imkan verən pektinlə birləşmişdir.
Əgər pəhrizinizdəki şəkərin miqdarından narahatsınızsa, edə biləcəyiniz ən yaxşı iş şəkərli qidalardan və şirin içkilərdən uzaq durmaqdır.
Əgər insan bütün həyatı boyu şəkər qəbul edibsə, onun asılılığından azad olmaq elə də asan olmayacaq. Pəhrizinizi dəyişin və çalışın daha çox liflə zəngin meyvə və yaşıl yarpaqlı tərəvəzlər yeyəsiniz.
Liflə zəngin qidalar yavaş həzmə gedir və şəkərdən asılılığı azaldır, çünki uzun müddət doyumluluq hissi yaradır.
Liflə zəngin qidaları qəbul etməyin daha bir üstün cəhəti onların yüksək miqdarda mineral və vitaminlərlə zəngin olmasındadır. Onlar həm də sizin şəkər aclığınızı nəzarətdə saxlamağa yardım edəcək, çünki orqanizm daha bütün günü qidalı maddələr axtarışında olmayacaq.