İş yerinizdə özünü gözəgörünməz kimi hiss edirsiniz? Bəlkə çox işləyirsiniz, çox etibarlı və məsuliyyətlisiniz. Sizin rəhbəriniz və iş yoldaşlarınız hər işdə sizə güvənir, ancaq nədənsə sizə həqiqətən güvən olduğunu hiss etmirsiniz. Ola bilsin ki, siz düşünürsünüz ki, hazırki vəzifənizdən daha yüksəyində olmalısınız. İş yerinizdə müsbət diqqəti öz işinizə necə cəmləyə bilirsiniz və özünüzü necə irəli getməyə və tanınmaya layiq qadın kimi təqdim edirsiniz? Aşağıda real hekayə var (baxmayaraq ki, real adlar dəyişdirilib!)
Təxminən hər işçidən soruşun və onlar təsdiq edəcəklər ki, qadınlar daha işgüzar və effektiv çalışan işçilərdir. Biz çox tapşırığın öhdəsindən gəlməyi və olunası işlərin siyahısını tamamlamağı bacarırıq, siyahıdakı tapşırıqların üzərindən bir-bir xətt çəkdikcə, dərin rahatlıq hissi keçiririk. Digər tərəfdən, şirkətlər daha yüksək premiyanı məntiqi və strateji düşüncəyə verirlər və bu son nəticəyə təsir edir. Əslində, qadınlar iş yerində ən çox qiymətləndirilən və hörmət edilən cəhətlərə təbiətən meylli deyil. Bu o deməkdir ki, biz daha çox çalışmalıyıq ki, bizi uğura və qabağa apara biləcək bacarıqlara yiyələnək. Əgər özünüzü gözəgörünməz və məhəl qoyulmamış kimi hiss edirsinizsə, mən bunları məsləhət görürəm:
Görkəminizə bir daha diqqət yetirin
Sizin şəxsi qulluğunuz və davranışınız sizi uğura apara biləcək ən vacib marketinq alətlərinizdir. Bu köhnə atalar sözünə inanın: Sahib olduğunuz deyil, istədiyiniz işə görə geyinin!
Strateji şəkildə düşünün və hərəkət edin
Qadınlar çox zaman iş həyatında onların uğurlarına qarşı çalışan davranışlara meylli olurlar. Misal üçün, bir çoxumuz təbiətən qayğı göstərənlərik. Bax bu cəhətimiz bizi başqalarına simpatiya göstərməyə, yeni əlaqələr və münasibətlər qurmaqda mükəmməl edir.