Bir çox Afrikan mənşəli Amerikalı qadınlar inanır ki, onların saçları digər etnik azlıqlardan daha yavaş uzanır. Onların saçları sıx və buruq olduğuna görə, gec uzandığı kimi görünür. Burada Afrikan mənşəli Amerikalıların saçlarını tez uzatması üçün məsləhətlər var.
Çiçək Tozu
Çiçək tozu saçları sürətlə uzatmağa kömək edən bir qida əlavəsidir. Çiçək tozu ilə ehtiyatlı olun və onu qəbul etməzdən əvvəl allergiyanızın olmadığına əmin olun. Əgər ona qarşı allergiyanız varsa, onu qəbul etmək anafilaktik şok da daxil olmaqla kəskin allergik reaksiyalara səbəb ola bilər və kəskin allergik cavab həyat üçün təhlükəli ola bilər. Hamiləlik zamanı da çiçək tozu qəbul etmək olmaz. Çiçək tozu tərkibindəki yüksək miqdarda L-sisteinin hesabına saçların uzanmasını stimullaşdırmaq üçün istifadə olunur. Bir çoxları üç həftə ərzində saçlarının 2.5 sm uzandığını deyirlər. Çiçək tozu hesabına saçların effektiv şəkildə uzanması aşkar olunmuşdur.
Baş Dərisinin Masajı
Baş dərinizi hər gün masaj edin. Masaj başa gələn qan axınını sürətləndirir. Qan axını saçların uzanmasında vacib rol oynayır. Barmaqların ucları ilə baş dərisini masaj etdikdə, saçların köklərinə daha çox qidalı maddələr gəlir. Masajı isti yağla etmək qan dövranını daha da sürətləndirəcək. Asta dairəvi hərəkətlərlə hər gün 5-10 dəqiqə masaj edin.
Pəhriz
Pəhriz saçların uzanmasında çox vacib rol oynayır. Əgər gündəlik vitamin və minerallı qidalar qəbul etsəniz, saçlarınız sürətlə uzanar.
D vitamini saçların uzanmasını aktivləşdirir. Qızıl balıqda həm D vitamini həm protein var. Onun tərkibində həmçinin baş dərisini və saçların nəmliyini qoruyan Omeqa-3 yağ turşuları var. Omeqa-3 yağ turşularını avokadodan və kətan toxumlarından da əldə etmək olar.
Əgər bu məsləhələrə əməl etsəniz, siz saçların sürətlə uzanması ilə yanaşı, parlaq dəri və möhkəm dırnaqlara sahib olacaqsınız.