Heç kim səliqəsiz dolab sevmir, amma bir anlıq diqqətsizlik çox zaman hər şeyin alt-üstünə çevrilməsinə gətirib çıxarır. Burada dolabınızı hər zaman səliqəli, geyimlərinizi təmiz və yaxşı formada saxlamaq üçün məsləhətlərimiz var:
Təmiz Geyimlərinizi Paltar Dolaba Asın/Qatlayıb Yığın
Biz tələsən zaman çox vaxt təmiz geyimlərimizi sonra yığmaq niyyəti ilə sadəcə kürsüyə və ya çarpayıya asırıq və onları bir neçə gün orada qalmasına icazə veririk. Təmiz geyimlərin o şəkildə ortalıqda atılması onların qırışmasına səbəb olur. Bu işi sonraya saxlamaq əvəzinə dərhal etsəniz, geyimləriniz səliqəli və təmiz, dolabınız isə həmişə yaxşı formada qalar. Belə etdikdə siz hər zaman axtardığınız geyimi asanlıqla tapa bilərsiniz.
Birgə Geyindiyiniz Geyimləri Qruplaşdırın, Dəst Şəklində Saxlayın
Dolabınız qarmaqarışıqdır? Orada nə isə tapmaq çətindir? Siz tez-tez əlinizdə ətək dolabı alt-üstünə çevirib, öz sevimli koftanızı axtarmağa çalışmısınız? Birgə geyinilən paltarlar ən yaxşı halda bir-birinə yaxın və ya birlikdə saxlanılmalıdır. Geyimləri dəst şəklində saxlamaq çox yaxşı ideyadır və beləliklə dolabı açdıqda daha az paltar amma daha çox geyim dəstləri görəcəksiniz.
Yay Ərzində Qış Paltarlarını Əl Altında Saxlamayın
Xüsusilə əgər məhdud məkana maliksinizsə, yay aylarında qış geyimlərinizi güvəsiz saxlanc yerlərində təhlükəsiz şəkildə saxlamaq yaxşı olardı. Qalın çox yer tutan cemperlərinizi qutuya qoyub dolabın yuxarısında və ya çarpayının altında saxlamaqla, siz yay geyimlərini axtardıqda rahatlıqla tapa bilərsiniz.