Pəhriz saxlayan bir şəxs üçün qonaqlıqlara getmək çox çətindir. Qonaqlıqlara dəvətdən tamamilə imtina etmək çıxış yolu deyil. Siz saxladığınız pəhrizlə qonaqlıqlar arasında balans yaratmalısınız və bu inanın mənə heç də asan deyil. Ancaq həddən artıq yemək qəbul etməkdən çəkinmək üçün hər zaman ehtiyat tədbirləri görmək lazımdır.

Burada hər kəsi xöşbəxt edə biləcək bəzi məsləhətlərimiz var.

7522

  • Çalışın qonaqlığa getməzdən yəni təxminən axşam saat 18:00-dan qabaq yüngül qəlyanaltı qəbul edəsiniz. Şam yeməyinin süfrəyə gec verilməsi günün sonundakı qonaqlıqların əsas problemidir, çünki o zamana kimi hamı bərk acır və yemək süfrəyə təqdim ediləndən sonra həddən artıq yeyir.
  • Şam edərkən çalışın yağsız yoqurtla yanaşı yalnız tərəvəz yeyəsiniz. Əgər yalnız tərəvəzlə kifayətlənə bilmirsinizsə, qrildə bişmiş toyuğun dadına baxa bilərsiniz.
  • Təhlükə: Qonaqlıqlarda şorba içməyin, çünki onların tərkibində pəhriz saxlayan insanlar üçün heç də münasib olmayan qarğıdalı unu var.
  • Ağ çörək, bərk qızardılmış qidalar və yağlı tərəvəzlər kimi qeyri-sağlam qidalardan uzaq durun.
  • Toyuqla, yaşıl və turşuya qoyulmuş tərəvəzlərdən hazırlanan salatlara üstünlük verin. Çin yaşıl tərəvəzləri istənilən gündə mükəmməl seçimdir.
  • Qidanı yavaş-yavaş tam dadını çıxarana qədər çeynəyin.
  • Əgər siz vegetarian qidalara üstünlük vermirsinizsə, daha çox balıq və daha az qırmızı ət yeyin. Əslində hamı qırmızı ətdən az istifadə etməlidir. O xolesterolu yüksəltməklə yanaşı, ürək tutmaları və digər ürək xəstəlikləri riskini artırır.
  • Sizin Pəhriziniz daha az duzdan və daha çox lifdən ibarət olmalıdır. Lif həzmi yaxşılaşdırır və həzm orqanlarını yaxşı formada saxlayır.

6452

  • Xolesterol problemi olan adamlar ümumiyyətlə yumurta sarısı yeməməlidir. Onu uşaqlarınız üçün saxlayın.
  • Desert üçün isə yüksək kalorili dondurma və pudinqlərin əvəzinə meyvə yemək vərdişinə yiyələnin.