Pəhriz yediyimiz istənilən qidadır və o konkret nə ilə qidalanmağı və ya müəyyən qidaları qəbul etməyi nəzərdə tutmur. Yəni, xüsusi pəhrizə əməl etməyi qərara almayınca.
Ancaq, arıqlamağın əsas nüanslarından biri odur ki, çəki nə qədər qısa müddətə azalırsa, o qədər tez müddətə geri gələ bilər. Məhz bu ciddi pəhrizə əməl edən bir çox insanların başına gəlir. Bunun səbəbini anlamaq çox asandır – sizi arıqladan pəhrizə əməl etməyi dayandıran kimi və əvvəl yediyiniz qidalara geri dönən kimi, bədəniniz nəticə etibarı ilə öz orijinal çəkisinə qayıdacaq.
Bax burada kalorilər çox vacibdir. Kalori enerjinin ölçü vahididir və qida məhsullarındakı kalorilər bizə onları yedikdə nə qədər enerji ala biləcəyimizi qərarlaşdırmağa kömək edir. Gün ərzində sərf etmək üçün yalnız məhdud miqdarda enerjiyə ehtiyacımız var. Əks halda ya az qidalanmalıyıq, ya çox kalori sərf etməliyik. Sərf etdiyimizdən çox kalori qəbul etsək kökələcəyik.
Bu sadə səslənə bilər, ancaq bir yandan çəki salmaq elə də asan deyil.
Yeni başlayanlar kifayət qədər çəki salıb bədən quruluşunda dəyişiklik etmələri üçün qidalanma vərdişlərində bəzi ciddi dəyişiklikləri etməlidirlər. Çəki itirmək məqsədi güdən bir çox insanlar başqa bir problemlə də üzləşirlər. Müəyyən vaxt ərzində ayda 1.8 kq kimi ardıcıl sürətdə çəki salmaqda davam edir. Çəkidə xüsusi bir rəqəmə çatdıqdan sonra isə çəki yerində qalır və dəyişmir.
Hər şey sizin seçiminizlə başlayır və siz ağıllı (hərdən sərt) seçimlər etməlisiniz ki, sağlam qidalanma vərdişləri ilə çəkini sala biləsiniz. Bu yolla siz optimal sağlamlıq, mükəmməl görkəm və xöşbəxtlik əldə edə bilərsiniz və bütün gün boyu daha çox enerjiniz olar. Siz həmçinin bu yolla bədənin çəkisini qoruyub saxlaya bilərsiniz.