Siz bilirsinizmi stres insanın fiziki sağlamlığına və bədən çəkisinə təsir edir?
Əgər özünüzü “mükəmməl çəkiyə” sahib olmadığınıza görə günahlandırırsınızsa, dayanın. Bu sizin günahınız deyil. Əslində problemin kökü insan orqanizminin stresi idarə etməsi ilə bağlıdır.
Stres zamanı ifraz olunan kortizol hormonu iştahanı artırır, həddən artıq yeməyə və ya düzgün olmayan qida seçiminə səbəb olur. Siz nə vaxtsa stresli vəziyyətdə iradənizi itirməyibsiniz? Kortizolun qanda yüksək miqdarda olduğu zaman o orqanizmi yağdan asılı vəziyyətə salır. Çıxış yolu daha çox stresə səbəb olan kəskin pəhriz saxlamaqda deyil, stres reaksiyalarını dayandırmağı öyrənməkdədir.
Çox insanlar stresli olduqları zaman hətta ac olmasalar belə onları sakitləşdirən qidalar qəbul edirlər. Sakitləşdirici qidalar isə çox zaman yağlı, şəkərli və ya duzlu qidalar olur. Belə anlarda insanlar emosional sakitliyi əldə etmək üçün əllərinin altında nə varsa yeyirlər və ya yaxınlıqdakı fast fud satılan restorana gedirlər, çünki alış veriş edib, sağlam qida hazırlamağa vaxt olmur.
İndi biz sizə stresi necə dərhal dayandırmağı başa salacağıq.
Belə anda dərindən nəfəs almaq sizin edə biləcəyiniz ilk işlərdən biridir və o sadəcə bir dəqiqə çəkir. O o qədər asandır ki, sizi heyrətləndirəcək.
Fasilə Götürün və Nəfəs Alın
Əllərinizi göbəkdən aşağı qarnınıza qoyun, nəfəs alarkən onun qalxıb endiyini hiss edin. Biz çox vaxt stresli olduğumuz zaman dərindən nəfəs almırıq və ya nəfəsimizi saxlayırıq. Sadəcə dərindən nəfəs almaq həm orqanizmdə ifraz olunan stres hormonlarının, həm də hüceyrələrin oksigenləşməsini sakitləşdirə bilər.
Bu metodu elə indicə sınayın və bütün gün boyu rahatlaşın… mükəmməl bədənə sahib olmaq üçün sizə lazım olan qidaları seçin.